Rusiyada 6 min İran PUA-sı iddiası - XİN-dən cavab

Rusiyada 6 min İran PUA-sı iddiası - XİN-dən cavab

Dünya

07 Fevral 2023 12:34 472


"Silah ixracatçıları və müharibələrin davam etdirilməsinə təhrik edənlər saxta xəbərlərlə haqq qazandırmağa çalışırlar".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O, Yelabuqada (Rusiya) İran və Rusiyanın Ukraynadakı müharibədə istifadə üçün 6000 PUA istehsal edə bilən zavod tikməsi iddiasını təkzib edib: "Yalandır".

Kənani qeyd edib: "İslam Respublikasının yanaşması tərəfləri siyasi həll yoluna sövq etmək, həmçinin, beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün siyasi həll yolunun formalaşmasına kömək etməkdir".

Xatırladaq ki, “Wall Street Journal” qəzeti Rusiyada İranın yardımı ilə 6000 PUA istehsal edə biləcək zavodun tikintisini qiymətləndirmək məqsədi ilə Rusiyaya İran nümayəndə heyəti göndərildiyini iddia etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!