Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rusiyada 6 tələbəni öldürən qatilin anası: “Mən ideal uşaq böyütmüşəm“
21 Sen 2021 14:48
756

Rusiyada 6 tələbəni öldürən qatilin anası: “Mən ideal uşaq böyütmüşəm“

"O, sakit, qayğıkeş, heyvanları, xüsusən də pişikləri sevən bir oğlan idi. Hesab edirəm ki, ideal uşaq böyütmüşəm. Nə siqaret çəkirdi, nə spirtli içki qəbul edirdi”.

Yenisabah.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu sözləri Rusiyanın Perm universitetində terror aktı törədən Timur Bekmansurovun anası bildirib. 

Tiurun anası onu da qeyd edib ki, o, hərbi ədəbiyyatı çox sevirdi. “Xüsusən də Suriya müharibəsi mövzusunda”. 

Ana daha sonra qeyd edib ki, oğlu insanlarla ünsiyyəti sevməzmiş."Müəyyən çevrəsi vardı, onlarla oturub-dururdu. Sakitliyi, evdə tək qalmağı sevirdi. Onun əynində heç vaxt uniforma görməmişəm. İnternetdən əsgər kaskası sifariş verib almışdı. Onu da yaşıl rəngə boyadı. Soruşanda bu sənin nəyinə lazımdı, qayıdırdı ki, sadəcə maraqlıdı. Yayda isə həmin kaskanı qaraya boyadı”. (lent.az)

Qeyd edək ki, dünən Perm Universitetində törədilən terror aktı nəticəsində 6 tələbə ölüb, 30-a yaxın insan yaralanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər