Rusiyada bir gündə koronavirusdan 234 nəfər öldü
29 May 2020 12:06
192

Rusiyada bir gündə koronavirusdan 234 nəfər öldü

Rusiyada bir gündə 234 nəfər koronavirusdan dünyasını dəyişib.

Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, artıq bu ölkədə pandemik virusdan ölənlərin sayı 4374 nəfərə çatıb.

Bununla belə, hesab edilir ki, Rusiyada artıq koronavirus infeksiyası nisbətən lokallaşdırılıb. Bu yoluxma sayının azalması ilə əsaslandılır. Artıq bir neçə həftədir ki, Operativ Qərargahın yoluxma halları ilə bağlı açıqladığı rəqəmlər 9000 ötmür. Mayın 29-da da yoluxanarın sayı 9000-ən az olub: 8572 nəfər.

Rusiyada pademiya başlayandan bu günə qədər ölkənin 85 regionu üzrə 387 623 nəfər koronavirusa yoluxub. Onlardan 159 257 nəfəri sağalıb.

Oxşar xəbərlər