Rusiyada MMA döyüşçüsünə atəş açıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada MMA döyüşçüsünə atəş açıldı

Dünya

18 Oktyabr 2026 19:25 83


Rusiyanın Vladiqafqaz şəhərinin mərkəzində kütləvi dava baş verib. Münaqişə zamanı atəş açılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mash Gor" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, "Nikarxo" ləqəbli MMA döyüşçüsü İbrahim İslamov yaralanıb. Onun vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı bildirilir. Dördpendirli pizza

Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Hüquq-mühafizə orqanları münaqişənin bütün iştirakçılarının şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə əlaqədar 27 yaşlı şəxs saxlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!