Rusiyada vatsap bloklana bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada vatsap bloklana bilər

Sosial

18 Mart 2022 11:35 306


Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında “Megafon” və “Tele2” kimi telefon operatorlarından “Report”un Rusiya bürosunun müxbirinə bildirilib ki, vatsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq “Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.

“Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə vatsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər. Dördpendirli pizza

Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") “Meta” şirkətinin vahid platforması olan vatsapı bloklayır. İlk növbədə “IPhone” istifadəçiləri bloklanır.

“Roskomnadzor” isə vatsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.

“Rusiya ərazisində vatsapın fəaliyyəti məhdudlaşdırılmayıb. “Roskomnadzor” servisin işindəki dayanmaları “Meta Platforms”un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun Mətbuat Xidmətindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!