Rusiyadan Azərbaycana köç başlayacaq?  - “Rubl dəyərdən düşüb, ancaq...”

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana köç başlayacaq? - “Rubl dəyərdən düşüb, ancaq...”

Sosial

09 Mart 2022 14:38 2692


“Rusiyadan kütləvi köç gözləmək lazım deyil”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Vidadi Fətullayev deyib.

O, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda qonşu ölkədə yaşayan həmyerlilərimizin Azərbaycana mümkün köç dalğası barədə səslənən fikirləri şərh edib:

“Bu adamlar Rusiyada pis-yaxşı özlərinə nizam qura biliblər, yaşayırlar. Onlar yeni şərtlərlə də yaşamağa öyrənəcəklər. Rubl "ölsə" belə, bu, o demək deyil ki, soydaşlarımız o dəqiqə Rusiyanı atıb qaçacaqlar. Ən çətin vəziyyətdə olan, orada tutunmağa yeri qalmayan adamlar var ki, onlar gələcək. Belələrinə də quru sərhəd yolu ilə qayıdış imkanları yaradılacaq. Çünki hazırda hava yolu, yəni təyyarə reysləri ilə gediş-gəliş yoxdur”. Dördpendirli pizza

“Sanksiya şəraitində Azərbaycandan Rusiyaya daha çox meyvə-tərəvəz göndəriləcək. Ticarət davam edəcək. Pul köçürmələri ilə bağlı isə hələ problem yoxdur. 5 min dollaradək pul köçürmək olar. Sadəcə, Azərbaycan banklarında rublla köçürmələr dayandırılıb. Daha böyük məbləğlər üçün yəqin ki, dövlətlərarası böhran mexanizmi qurulacaq.

Hazırda ölkəmizdə Rusiyadan gələn pula ehtiyacı olanların da elə bir çətinliyinin olacağını düşünmürəm. Rubl dəyərdən düşüb, ancaq bu, faciə deyil”, - deyə o əlavə edib.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!