Rusiyadan Azərbaycana təhlükə: iqtisadi imkanlar məhdudlaşacaq 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana təhlükə: iqtisadi imkanlar məhdudlaşacaq 

Sosial

29 Fevral 2024 13:23 552


“Bizim kənd təsərrüfatı, qeyri-neft, qeyri-xammal sektoru üzrə ixrac bazarlarımızdan olan Rusiyada bu gün aktiv şəkildə idxalın əvəz olunması siyasəti və yerli istehsalın təkmilləşdirilməsi, genişləndirilməsi ilə bağlı yanaşmalar tətbiq olunur. Bu da istər-istəməz bizim istehsalçı və ixracatçılar üçün imkanları məhdudlaşdıracaq”. 

Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. 

Ekspert qeyd edib ki, rəqabət qabiliyyətli olmaq üçün bu istiqamətlər üzrə daha çox investisiyalar yatırılmalıdır:  pizza sifarişi

“Biz tədricən kənd təssərüfatı məhsullarının ixracatı ilə bağlı problemləri həll etməliyik. Məhsullarımızın maya dəyərinin azaldılmasına nail olmalıyıq. Eyni zamanda yeni texnologiyaların, innovasiyaların tətbiqi zəruridir. Bununla yanaşı, regional iqtisadi əməkdaşlığın dərinləşməsinə nail olmalıyıq ki, bizim ixrac bazarlarında imkanlarımız genişlənsin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!