Rusiyadan Bakıya uçan təyyarədə həyəcanlı anlar   - TƏCİLİ ENİŞ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Bakıya uçan təyyarədə həyəcanlı anlar - TƏCİLİ ENİŞ ETDİ

Hadisə

15 Avqust 2026 20:57 38


Rusiyada təyyarə salonundakı tüstü detektorunun işə düşməsinə görə həyəcanlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb. Qeyd edilib ki, tüstülənmə qəhvə hazırlayan cihazda baş verib. Pilotlar təyyarəni Ufada endirməyə məcbur olublar.

Qeyd edilib ki, Tümendən Bakıya uçan Boeing 737-500 təyyarəsi Roşino hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra "Pan-Pan" siqnalı verib. pizza mizza

Həmin anda stüardessalar təyyarənin arxa hissəsindəki mətbəxdə qəhvə hazırlamağa başlayıblarmış: "İlkin məlumatlara görə, həyəcan siqnalına səbəb qəhvə maşınının qoruyucu qutusundan gələn qoxu olub".

Təyyarənin əvvəlcə Çelyabinskdə təcili eniş etməsi planlaşdırılırmış. Lakin pilotlar bunu edə bilməyiblər. "Boeing" sonda Ufada eniş edib. Bir müddət sonra təyyarə uçuşunu davam etdirib./Publika


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!