Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3%, kəmiyyət olaraq – 10,8% çoxdur. Marqarita pizza
Azərbaycan Rusiyadan 156,04 milyon ABŞ dolları dəyərində 711 min 883 ton, Qazaxıstandan 29,13 milyon ABŞ dolları dəyərində , Türkiyədən 0,8 min ABŞ dolları dəyərində və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton buğda alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26%-i Qazaxıstanın, 47,73%-i Rusiyanın payına düşüb.
Telegram kanalımız