Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrikada müstəmləkəçilik siyasətinin hələ də davam etdiyini iddia edib.
"Yeni Sabah" xəbər verir ki, Lavrov bu barədə Qvineya-Bisau xarici işlər naziri Fatumata Jau ilə Moskvada keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.
O bildirib ki, Rusiya ilə Qvineya-Bisau arasında əməkdaşlıq üçün böyük imkanlar var və bu potensialdan istifadə edilməlidir. Pepperoni pizza
Lavrovun sözlərinə görə, Qərb ölkələri Afrikada müstəmləkəçi yanaşmanı davam etdirir.
"Bu siyasət təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də qalmaqdadır. BMT-nin müstəmləkə altında olan ölkə və xalqlara müstəqillik verilməsi ilə bağlı bütün qərarları tam icra edilməyib. Afrika zəngin təbii sərvətlərə malik olsa da, həmin xammal Qərb ölkələrinə aparılır və qitə bundan əlavə gəlir əldə etmir", - deyə o bildirib.
Rusiyalı nazir əlavə edib ki, Afrika qitəsindəki problemlər ilk növbədə afrikalıların özləri tərəfindən həll olunmalıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız