Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı növbəti hörmətsizlik

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı növbəti hörmətsizlik

Siyasət

18 İyun 2025 14:43 1129


Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib. pizza mizza

Rusiya “propaqandaçısı” Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!