Rusiyanın Kanadakı səfirliyinə qırmızı boya atıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Kanadakı səfirliyinə qırmızı boya atıldı

Dünya

21 Aprel 2023 08:50 651


Naməlum şəxs Rusiyanın Ottavadakı səfirliyinin hasarına qırmızı boya atıb.

Bu barədə cümə axşamı Rusiyanın Kanadadakı səfirliyinin müşaviri Vladimir Proskuryakov bildirib.

“Üzünü tam bağlamış naməlum şəxs səfirliyin hasarına qırmızı boya atıb və bununla da Rusiya səfirliyinə xeyli ziyan vurub”, - diplomat deyib. pizza hut

Proskuryakovun sözlərinə görə, səfirlik həmin şəxsin tapılması tələbi ilə artıq polisə müraciət edib.

Həmçinin Kanada Xarici İşlər Nazirliyinə diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik missiyasının təhlükəsizliyinin təmin edilməsi tələbi ilə nota göndərilib.

Proskuryakov Kanadanın Moskvadakı səfirliyinin hələ də “tam rahatlıq” rejimində fəaliyyət göstərməsinə diqqət çəkib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!