“Rusiyanın Qafqazla bağlı heç bir cəhdini görməmişik“ - Sözçü

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Qafqazla bağlı heç bir cəhdini görməmişik“ - Sözçü

Dünya

15 Oktyabr 2022 09:57 934


"Əgər hər hansı bir ölkə Ermənistan və Azərbaycanla bağlı bizimlə əməkdaşlıq etmək və sülh yolu ilə nizamlanmaya kömək etmək istəsə, bunu, əlbəttə, alqışlayacağıq".

Yenisabah.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

V. Patel ABŞ-ın Qərbin vasitəçiliyi ilə Rusiyanın İrəvanla Bakı arasında gedən prosesləri təhlükə altına sala biləcəyindən qorxması ilə bağlı sualı cavablandırarkən bildirib: Marqarita pizza

"Amma Rusiyanın heç bir cəhdini görməmişik".

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxilə etməyə çalışdığını bildirmişdi.

"Biz bunu Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə etmək cəhdi və növbəti cəhd kimi qiymətləndiririk. Rusiyanın vasitəçilik səylərini geri çəkin... Biz tarixdən bilirik ki, Aİ missiyaları real nizamlanmaya gətirib çıxarmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!