Rusiya Federasiyasında ölüm hökmünün bərpası məsələsi Kremldə müzakirə olunmur.
Yenisabah.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Bu məsələ bizimlə heç bir şəkildə müzakirə olunmur. Bilirsiniz ki, müxtəlif dövrlərdə məsələ dəfələrlə qaldırılıb, lakin indiyədək heç bir qərar verilməyib". Marqarita pizza
D. Peskov "Spravedlivaya Rossiya" partiyasının lideri Sergey Mironovun Rusiyada ölüm hökmünün qaytarılması imkanlarına baxılması təklifini şərh edib.
Jurnalistlər Peskovdan ölkədəki mövcud vəziyyətin bu məsələnin müzakirəsinə qayıtmağa imkan verib-vermədiyini soruşublar. "Kremldə mövqe yoxdur", - deyə prezidentin sözçüsü cavab verib.
Telegram kanalımız