16 Avqust - 06:03
Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi

Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi

İdman

24 İyun 2022 19:15 659


Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.İbrahimoğlu Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İdman” telekanalında redaktor vəzifəsində çalışır.

O, “Zirə” klubunun futbolçusu Ruslan Abışovun böyük qardaşıdır. Sərxan İbrahimoğlu minifutbol komandası ilə birgə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatı üçün ezam olunan yeganə jurnalist olub.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!