Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yerləşdiyi əraziyə düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb.
"Kiyevə atılan raketlərdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu ərazidə yerləşir" - bəyanatda bildirilir. pizza hut
Qeyd edək ki, Rusiya səhər saatlarında Ukraynanın Kiyev, Nikolayev, Xarkov, Dnepr, Jitomir, Lvov, İvano-Ftankovsk və şəhərlərinə raket hücumları həyata keçirib. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko Kiyevin atəşə tutulması nəticəsində 8 nəfərin həlak olduğunu, 24 nəfərin yaralandığını bidirib.
Telegram kanalımız