Rüşvətə görə həbs edilən sabiq hakimə yeni hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətə görə həbs edilən sabiq hakimə yeni hökm oxundu

Kriminal

22 İyun 2026 18:17 325


Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza

Qeyd edək ki, Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Elsun Məzahir oğlu Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Əhmədov şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 5 il müddətə azadlıqdan məhrum edilib. Sabiq hakim məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHIM
    GÖRƏSƏN RÜŞVƏTƏ ALMAYAN HAKİM, POLİS, PROKUROR VARMI?
    24 days ago