“Rüşvətxor müəllimlərin siyahısını univeristetlərin girişindən asmaq lazımdır“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Rüşvətxor müəllimlərin siyahısını univeristetlərin girişindən asmaq lazımdır“ - Etiraz

Sosial

08 Yanvar 2022 13:30 2206


Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqından qalıq borcunu ödəyə bilməyən tələbələrin adları yazılaraq divara asılıb. Bu hadisə günlərdir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məlumata görə, hazırda bir çox universitetlərdə I kurs tələbələrindən illik təhsil haqqının tam ödənilməsi tələb olunur. Hətta iddialar görə, dekabr ayının sonuna qədər ödənilməyən təhsil haqqına görə tələbələr qış smesterinə buraxılmır. 

Borcu olan tələbələrin siyahısını divardan asmaq nə dərəcədə etikdir? pizza mizza

Təhsil eksperti Ramal Şəmşədli Yenisabah.az-a açıqlamasında deyib ki, bu addımla universitet özünü alçaldıb:

“Bu məsələdə gənclərimizin tərəfindəyəm. Əslində gənclər yox, universitet özünü alçaldıb. Atılan addım universitetdə nə mədənilik qoyub, nə də incəlik. Bu səbəbdən gənclərimiz xaricə üz tuturlar. Çünki bizim bəzi universitetlərdə tələbəyə pul kütləsi kimi baxırlar.

Universitetin atdığı addım da bunun sübutudur. İstərdik ki, universitetlər belə məsələlərə ciddi yanaşsın. Bəzi dövlət və özəl universitetlər var ki, tələbənin qiyməti yüksəkdir, lakin hansısa bir səbəbə görə, universitetdən başqa bir universitetə keçmək istəyir. Lakin universitet tələbə başqa universitetə keçməsin deyə, bir neçə illik təhsil haqqısını bir dəfəyə tələb edir. Təhsil ocağında bu şəkildə atıılan addımlar, davranışlar həqiqətən ürək bulandırıcıdır”.

Ekspertin sözlərinə görə, ölkəmizi diplomlu alimlər deyil, insanlığı, vicdanı olan şəxslər qurtaracaq:

“Bir universitet bu hərəkəti özünə necə yaraşdırar? Rektor, prorektor, müəllimlər hara baxırlar... Fikirləşmirlər ki, bu durumda öz övladları da ola bilər. Rektor görüşüb, evlərinə gedibmi? Bəlkə həqiqətən maddiyyatda çox böyük problemləri var. Amma övladlarına təhsil vermək istəyirlər. Bu hərəkətlə gənclərə hansı travmanı yaşatdıqlarının fərqindədirlərmi? Burada insanlıq adına danışılacaq bir şey yoxdur. Onlar alimlik dərəcəsini qazana bilərlər, amma bu hərəkəti edəndən sonra insanlıq dərəcələrinin olmadığı aydın oldu. Unutmayaq ki, bu ölkəni diplomlu adamlar deyil, insanlığı, vicdanı olan adamlar qurtaracaq”.

R.Şəmşədli qeyd edib ki, qabiliyyət imtahanından keçirmək üçün tələbədən rüşvət alan müəllimlərin adlarını univeristetin girişindən asmaq lazımdır:

“Universitet səhvini düzəltmək istəyirsə, media qarşısında həmin gənclərdən üzr istəməlidirlər. Bu şəkildə vəziyyət düzəldilə bilər. Univesitetlər yaxşı oxuyan tələbələri təltif etməlidirlər. Universitet həyatını yeni görmüş gəncə travma yaşatmaq nə dərəcədə düzgündür? Bu, böyük bir biabırçılıqdır.

Gənc səhv edən kimi tədbir görülür. O gənci müəllimdən üzr istətdirən kütlə hanı? Niyə çıxıb universitetin kobud xətasının olduğunu demir”?

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Görəsən AZƏRBAYCANDA RÜŞVƏT ALMAYAN UNİVERSİTET. VƏ MƏKTƏB RƏHBƏRİ Varmı? Heç VAXT ola bilməz. Onların hamısı hörmətsiz. VƏ pula hərisi eyni bölgənin adamlarıdırlar.M. Mərdanov dövrünün kadrlarıdırlar.
    4 years ago