Qrosmeyster Şəhriyar Məmmədyarovun qadınlar haqda fikirləri günlərdir müzakirəsiz ötüşmür.
Yenisabah.az xəbər verir ki, bu dəfə ABŞ-də yaşayan həmyerlimiz, ATV-nin keçmiş teleradioaparıcısı Günel Hümbətova idmançıya cavab verib:
“Bacısı bir az “malaladı” söhbəti və daha yaxşı fikrini ifadə etdi. Görünür, hər tərəfli inkişaf etmək qadınlarda daha yaxşı alınır. Həm məişət qayğılarının öhdəsindən gəlmək, həm intellektual olaraq inkişaf etmək, həm də karyera qurmaq. Amma “Ş” deyəsən, şahmat oynamaqdan başqa bir şey etməyib bu həyatda. Dördpendirli pizza
Məsələn, oturub düşünmək və ya araşdırmaq ki, “niyə dünyada qadın şahmatçılar az olub?” Onlarla empatiya qurub daha müdrik cavab vermək əvəzinə, istehza və ələ salan, kiçiltmə tərzində olan gülüşlə “qadınlar guya hansı sahədə güclü olublar ki” deməsi məndə ikrah doğurdu”.
Telegram kanalımız