“Kızılcık Şerbeti” serialında canlandırdığı Çimen obrazı ilə tanınan Selin Türkmenin aktyorluqdan uzaqlaşacağı haqqında iddialar yayılıb.
“Yeni Sabah” InStyle-a istinadla xəbər verir ki, qanuna əsasən, vəkillər başqa peşə ilə məşğul ola bilməzlər, buna görə də ixtisasca vəkil olan aktrisa gələcəkdə seçim etməli olacaq:
“Hazırda aktyorluq fəaliyyətimi davam etdirirəm. Amma nə vaxtsa aktyorluğa ara verib vəkillik edə bilərəm”.
Selin Türkmenin vəkil kimi fəaliyyətə başlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aydan
Telegram kanalımız