Saakaşvili Lavrovun bəyanatını şərh etdi

Saakaşvili Lavrovun bəyanatını şərh etdi

Bölgə Veb saytların hazırlanması

15 Noyabr 2023 17:54 2074


Mixeil Saakaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxmayacağı ilə bağlı sözlərinə münasibət bildirib.

Yenisabah.az “Exo Kavkaza”ya istinadla xəbər verir ki, Saakaşvili sözlərinə görə, bu bəyanat Gürcüstanın hərbi işğalı üçün birbaşa təhlükədir.

Eks-prezident deyib: “Biz çoxlu sayda hava hücumundan müdafiə sistemlərinin və tank əleyhinə sistemlərin təhvil verilməsini tələb etməliyik. Biz təcili olaraq rusların Gürcüstana axınını dayandırmalıyıq.

Biz ölkədəki bütün əsas qruplarla ortaq dil tapa bilməliyik, nifrət alətindən əl çəkməliyik, çünki kəskin daxili qarşıdurma təcavüzkarın problemini xeyli asanlaşdırır”.

Saakaşvili əlavə edib: “Kiminsə rusların tapşırıqlarını sakitcə yerinə yetirməklə birbaşa müdaxilədən qaçacağımızı düşünməsi əbəsdir. Ruslara simvollar lazımdır və belə bir simvol onların 2008-ci ildə əldə edə bilmədiyi şey idi: Rusiya bayrağı və Tbilisinin mərkəzində rus əsgərinin çəkmələri”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Avropa İttifaqı Rusiyanı heç bir şəkildə cilovlamaq, onu Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!