Gürcüstanda “Novaya” müxalifət partiyası yaranıb, onun liderləri “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri Nikanor Melia və müxalif “Mtavari” telekanalının keçmiş baş direktoru Nika Qvaramiya olub.
Yenisabah.az xəbər verir ki, o, partiyanın təqdimat mərasimində bildirib:
"Biz ədalətli cəmiyyət qurmaq istəyən insanların birliyinin olduğunu təsdiq edirik". pizza mizza
Meliyanın sözlərinə görə, "Novaya" partiyası on minlərlə vətəndaşı birləşdirir.
Bir neçə ay əvvəl Melia öz tərəfdarları ilə birlikdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatı tərk edib.
Martın 5-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət cinahında yeni partiyaların yaradılması hakim “Gürcü arzusu” partiyasının oktyabrda keçiriləcək parlament seçkilərində konstitusiya çoxluğu əldə etmək şansını artırır.
Gürcüstanın birpalatalı parlamentinə seçkilər 2024-cü il oktyabrın 26-da keçiriləcək.
Telegram kanalımız