Gürcüstanın müxalifət partiyası “Vahid Milli Hərəkat” parlamentdəki fəaliyyətini dayandırıb və fövqəladə rejimə keçib.
Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bu barədə VMH-nin yeni sədri Levan Xabeişvili danışıb.
Xabeişvili Tbilisi məhkəməsinin Mixail Saakaşvilini həbsdə saxlaması qərarından sonra bu qərara gəlib.
Onun sözlərinə görə, VMH-in “Gürcü arzusu ilə oynamağa” vaxtı yoxdur, çünki Gürcüstanın üçüncü prezidentinin həyatı təhlükədədir.
Xabeişvili bildirib ki, Tbilisi etirazın mərkəzinə çevriləcək və sabah paytaxtda partiyanın regionlardan olan nümayəndələrini tədbirlər planı hazırlamaq üçün gözlədiyini bildirib.
Telegram kanalımız