Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saakaşvilinin vəziyyəti ağırlaşdı  - Danışa bilmir
25 Okt 2021 13:19
640

Saakaşvilinin vəziyyəti ağırlaşdı - Danışa bilmir

Gürcüstan müxalifəti sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyalarını davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun gürcü xidməti məlumat yayıb.

Xatırladaq ki, dünən Rustavi şəhər həbsxanası yaxınlığında təşkil edilən aksiyada 500-ə yaxın insan iştirak edib. Sabiq prezidentin tərəfdarları oktyabrın 1-dən aclıq aksiyası keçirən Saakaşvilinin mülki xəstəxanaya çatdırılmasını tələb ediblər.

Eks prezidenti müalicə edən həkim Nikoloz Kipşidzenin sözlərinə görə, Saakaşvilinin vəziyyəti günü-gündən pisləşir. Kipşidzenin fikrincə, Saakaşvilinin irsi qan xəstəliyindən əziyyət çəkməsi bu durumu daha da ağırlaşdırır.

"Keçmiş prezident hərəkət etməkdə və ya danışmaqda çətinlik çəkir" deyən həkim, şənbə günü qan köçürülməsi nəticəsində Saakaşvilinin vəziyyətinin bir qədər sabitləşdiyini söyləyib.

Gürcüstan hakimiyyəti isə ölkənin üçüncü prezidentinin mülki xəstəxanaya köçürülməsi tələbini rədd edir:

“Saakaşvilinin vəziyyəti pisləşərsə, o, yalnız həbsxana xəstəxanasına aparılacaq” - deyə Baş nazir İrakli Qaribaşvili bildirmişdi. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər