Zaman keçdikcə istifadə etdiyimiz bir çox əşyalar gündəlik istifadədən çıxır. İnsanlar bu cür əşyaları üzərlərində gəzdirmək ehtiyacı duymurlar. Günümüzdə qol saatı, cib dəsmalı, fotoapatlar və s.-ə insanlar artıq ehtiyac duymur? Yaxın gələcəkdə daha hansı əşyalar həyatımızdan itəcək? İnsanlar onların xiffətini çəkəcəkmi?
Yenisabah.az-a açıqlamasında psixoloq Gülnar Orucova bunun səbəbinin texnologiyanın inkişafında görürür.
Onun sözlərinə görə, elm və texnologiya həyatımızdan nəinki əşyaları, eləcə də ünsiyyətin vasitələrini sürətlə çıxarır: Dördpendirli pizza
"Əvvəllər bir-birimizə məktub yazardıq, amma indi heç kim məktub yazmır. Hazırda insanlar sosial şəbəkələrdən "online" şəkildə bir-birlərinə mesaj yazırlar.
Nə qədər ki, elm və texnologiya inkişaf edəcək, bir o qədər də canlı ünsiyyətimiz azalacaq və əvvəllər istifadə etdiyimiz bir çox şey adət-ənənəyə çevriləcək. Məsələn, əvvəllər lampalar var idi, biz onlardan istifadə edirdik, indi toylarda adət-ənənə üçün istifadə edirlər.
Əslində, bizə elə gəlir ki, filan əşya tamamilə həyatımızdan çıxdı, ancaq onlar şəklini dəyişir. Cib dəsmalı salfetlərlə əvəz olundu, fotoaparatlar, saatlar artıq telefonda var. Bu dəyişimlər insanların hərəkətini azaldacaq. Bəzi ixtisaslara artıq insanlar lazım olmayacaq, robotlar istifadə olunacaq”.
Pünhan HƏSƏNOVA
Telegram kanalımız