Saatlıda zəhərlənmə: TƏBİB müəllim və məktəblilər barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda zəhərlənmə: TƏBİB müəllim və məktəblilər barədə məlumat yaydı

Sosial

18 Dekabr 2023 13:48 565


TƏBİB Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində baş verib.

Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə diqnozu ilə 9 nəfər yerləşdirilib: Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. pizza mizza

xatırladaq ki, dəm qazından zəhərlənənlər rayonun Qaranuru kənd sakinləridir.

Həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızıdır.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!