Sabah 3 mindən çox abituriyent sınaq imtahanı verəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah 3 mindən çox abituriyent sınaq imtahanı verəcək

Sosial

12 Fevral 2022 12:52 985


Dövlət İmtahan Mərkəzi fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

Bu barədə Yenisabah.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. DİM imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. İmtahanın müddəti 3 saatdır. pizza

İmtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.

Qeyd edək ki, imtahan üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!