Sabah Bakıda sulu qar yağacaq 

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda sulu qar yağacaq 

Sosial

27 Yanvar 2024 12:31 307


Sabah Azərbaycanda qarlı hava müşahidə ediləcək. 

Bu barədə "Yeni Sabah"a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.  Pepperoni pizza

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!