“Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında bu gün keçiriləcək xeyriyyə oyununa Azərbaycan və Türkiyədə açıq yayımla baxmaq mümkün olacaq.
Yenisabah.az xəbər verir ki, matç Azərbaycanda "İdman TV" və "İctimai TV"də birbaşa nümayiş olunacaq. Türkiyədə isə oyunu "Kanal D" yayımlayacaq.
Qeyd edək k, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacq. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.
Telegram kanalımız