Bu gün "Sabah"la Türkiyənin "Beşiktaş" klubu arasında yoldaşlıq matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb və 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyıb. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Əlavə edək ki, "Sabah" Misli Premyer Liqasında 2-ci, "Beşiktaş" Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.
13 may
18:00. "Sabah" - "Beşiktaş" - 3:3
Qollar: Aleksey Kaşuk, 3,5, Davit Volkov, 70 - Meraş, 24, 45, Tosun, 63-pen
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
Reallaşdırılmayan penalti: Mikkels ("Sabah"), 42-qapıçı
Telegram kanalımız