“Sabah biri deyəcək ki, oğlumun adını Pəzəvəng qoymaq istəyirəm...”

saytların hazırlanması

Evə çatdırılma

“Sabah biri deyəcək ki, oğlumun adını Pəzəvəng qoymaq istəyirəm...”

Sosial

07 Yanvar 2023 11:37 2705


Uşaqlara ad qoymaq məsələsi çox vaxt ailələrdə mübahisəli mövzu olur. Bu həm də, ümumi olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun... 

Bir neçə gün öncə hüquqşünas Əkrəm Həsənov ailələrin birində ad məsələsində qalmaqal yaşandığı, hətta buna görə evin xanımının evi tərk etdiyini sosial şəbəkə hesabında yazıb. 

Bəs gənc valideynlər ad seçimini necə aparmalıdır?  Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu adqoyma məsələsini böyük problemə çevrilməsinin əleyhinə olduğunu deyib:

“Gənclər daha çox Anadolu türklərinin adını qoyurlar. Bu da həmişə olub. Bizdə Ancelika, Spartak, Artur kimi adlar olub, hətta uşaqlarına sovet dövründə Leninin adına görə Vladimir adını qoyanlar vardı. Kolxoz adını qoyanlar vardı. Ad məsələsi həmişə problem olub, amma bunu problem etmək lazım  deyil. Məsələn, yaxın adamların uşaqları olanda deyirlər Baba müəllim istəyirik ki, sən gəlib ad qoyasan. Mənsə bu məsələyə həmişə demokratik yanaşıram, gənc valideynlərdən soruşuram ki, sizin ürəyinizdə nə vardı? Onlar düşündükləri adı deyəndə guya dəhşətə gəlirəm, heyrətə düşürəm ki, nə gözəl ad seçmişiniz, guya elə mən də bu adı düşünürdüm. Bu məsələyə o qədər həssas yanaşıram ki. İstəyirəm valideynlərin ürəyincə olsun. İstəmirəm desinlər ki, Baba müəllim Nuh əyyamından qalma ad qoydu. Ata-anaya hansı ad xoşdursa, onu da qoysunlar. Ad şərti şeydir. Sadəcə  elə ad düşünmək lazımdır ki, uşaqlar sabah böyüyəndə o ada görə valideynlərini qınamasınlar. Uşaq böyüyüb deməsin ki, bu nə Məşədi-İbad adıdır mənə qoyublar?”

Onun sözlərinə görə,  əgər bir valideyn gələcəkdə övladına utanc gətirəcək ad qoymursa, istədiyi adı seçə bilər:

“Moskvada yəhudi əsilli bir müəllimimiz var idi. Adı İsbax idi. Sonradan öyrəndik ki, sən demə, onun valideynləri İohan Sebastian Baxın adını belə düzəldib övladlarına qoyublarmış. O yazıq hər dəfə adının tarixçəsini kiməsə izah etməli olurdu. 

Uşaqlara müasir adların qoyulmasında heç bir problem yoxdur. 

Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) idarəsində kataloq var, orada olmayan adların qoyulmasına icazə vermirlər. Pis çalar verən adların qoyulmasına icazə yoxdur. Kimsə gedib desə ki, oğlumun adını Pəzəvəng qoymaq istəyirəm, həmin idarə buna icazə verməyəcək. Yaxşı ki, bu qayda var. Bəzi adların isə artıq mənası dəyişib. Məsələn tüllab sözü tələbə sözünün cəmidir. Amma hazırda bu söz vulqar ifadə kimi işlənilir və kimsə övladına Tüllab adı verməz. Amma qalan adları kim nə istəyirsə qoysun, təki əndrabadi bir ad olmasın, bizə adı ilə böyüsün demək düşər.  Onu deyim ki, adlarda da bir mistika var. Mənim adım Babadır. Bu müqəddəs Baba dağının adının şərəfinə qoyulub. Valideynlərim o dağı ziyarət edib sonra mən anadan olmuşam, onlar da bu adı veriblər. Mistika ondan ibarətdir ki, mən sanki həmişə bu adı doğrultmaq istəmişəm. Düşünmüşəm ki, bu adın üstünə nə isə qoya bilməsəm belə, heç olmasa, adı batırmayım. Adda da bir hikmət var”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!