Sabah Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək

Dünya

08 Avqust 2023 17:53 1606


Avqustun 9-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.

Yenisabah.az Anadolu-ya istinadla xəbər verir ki, Ankarada prezident kompleksində keçiriləcək görüşdə strateji, regional və milli təhlükəsizlik məsələlərinin, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada apardığı əks-terror əməliyyatlarının müzakirəsi planlaşdırılır.

Görüşdə, həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ kimi terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində ölkə sərhədlərinin qorunması mövzusuna da toxunulacaq. Sezar pizza

Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvlərinin Rusiya-Ukrayna münaqişəsi mövzusunu müzakirə edəcəyi gözlənilir. Taxıl dəhlizi ətrafında vəziyyətin inkişafı, Türkiyənin sülhün bərqərar edilməsi, davamlı atəşkəs və humanitar yardım göstərilməsi istiqamətində səyləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə Təhlükəsizlik Şurası Egey dənizi, Kipr və Şərqi Aralıq dənizində baş verənləri də dəyərləndirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!