SABAH qruplarına qəbul imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

SABAH qruplarına qəbul imtahanı keçirildi

Sosial

10 İyul 2021 13:34 1081


Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirib.

Mərkəzdən Yenisabah.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.

İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. Dominos pizza

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu.

İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!