Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Sosial

19 Fevral 2026 10:30 303


Sabahdan dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcək. pizza sifarişi

Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər.

Qeyd edək ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrin dəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!