“Sabah”ın 14 mümkün rəqibindən 13-ü bəllidir - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın 14 mümkün rəqibindən 13-ü bəllidir - Siyahı

İdman

18 May 2026 15:14 49


Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri demək olar ki, müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, turnirin ilk mərhələsində 28 komanda iştirak edəcək.

“Sabah” 14 səpələnməmiş klub arasında yer alacaq. Sezar pizza

Bakı təmsilçisinin qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan 13-ü artıq məlumdur:

- “Şemrok Rovers” (İrlandiya)

- KUPS (Finlandiya)

- “Drita” (Kosovo)

- “Linkoln Red İmps” (Cəbəllütariq)

- “Borats” (Bosniya və Herseqovina)

- “Vikinqur” (İslandiya)

- “Kayrat” (Qazaxıstan)

- “Universitatya Krayova” (Rumıniya)

- “Riqa” (Latviya)

- “Klaksvik” (Farer adaları)

- “Flora” (Estoniya)

- “Larn” (Şimali İrlandiya)

- “Petrokub” (Moldova)

14-cü mümkün rəqib Uelsin TNS klubu ola bilər. Lakin bu, Ermənistan çempionatının nəticələrindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” mübarizə aparır.

Əgər “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasına düşəcək və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək onun yerini tutacaq. Ancaq UEFA Azərbaycan və Ermənistan klublarını püşkatmada ayırdığı üçün “Sabah”ın erməni təmsilçisi ilə qarşılaşmaq ehtimalı yoxdur.

Beləliklə, “Sabah”ın mümkün rəqiblərinin sayı 13 və ya 14 ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-i və 14/15-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!