Sabahın HAVASI: Bakıda yağış, dağlarda qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Bakıda yağış, dağlarda qar yağacaq

Sosial

22 Oktyabr 2022 12:20 1283


Sabaha olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. 

Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 11-13° isti, gündüz  15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz  15-17° isti olacaq.  

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq.

Nisbi rütubət  70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsilcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!