Sabahın HAVASI: Bakıda yağış, dağlarda qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Bakıda yağış, dağlarda qar yağacaq

Sosial

02 Dekabr 2022 12:26 718


Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. pizza hut

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!