Sabiq baş redaktorun ABŞ-da yaşayn qızı Şuşa səfərinə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Sabiq baş redaktorun ABŞ-da yaşayn qızı Şuşa səfərinə hazırlaşır

Sosial

30 İyul 2022 15:45 1250


Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızı Türkan Tahirli Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək Diaspor Gənclərinin Yay Düşərgəsinə seçilənlər arasında olması böyük şairimizin nəticəsini çox sevindirib: Sezar pizza

"İşğaldan azad olunan torpaqlarımıza getmək və hər şeyi öz gözlərimlə görmək mənə verilən ən böyük fürsətdir. Bu, mənim üçün düşərgənin ən önəmli və maraqlı tərəfidir. Bunu dəyərləndirmək istəyirəm. Mənim kimi xaricdə yaşayan, başqa ölkələrin vətəndaşları olan azərbaycanlılarla görüşmək, tanış olmaq, vaxt keçirmək maraqlıdır və bunu çox istəyirəm".

Qeyd edək ki, Türkan Tahirli 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Corc Meyson Universitetinin məzunudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!