Almaniyada fəaliyyət göstərən azərbaycanlı müəllimə qarşı Nabranda kobudluq edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, “Star” İstirahət mərkəzində rast gəldiyi antisanitariya və kobud rəftarla üzləşib: pizza sifarişi
“Qonağa qarşı kobudluq yolverilməzdir. Tələbə yoldaşım, Rəna Cəfərova 1995-ci ildən Almaniyanın Reyn-Vestfaliya Texniki Universitetində “Yarimkeciriciler fizikasi”nı, Hagen Universitetində və 2005-ci ildən isə bu ölkədə Gimnaziyaların birində Riyaziyyat və fizikanı tədris edir.
Rəna xanım həm də mütəmadi olaraq söylədiyi mühazirələrdə Azərbaycanı ləyaqətlə təmsil edir. İndi Bakıdadır və xalası ilə 3 gün istirahət etmək məqsədilə Nabrana gedib. “Star” İstirahət mərkəzində (günü 100 manat) rast gəldiyi antisanitariya və kobud rəftarla üzləşib. İlk gündən bu hallara narazılığını bildirib və geri dönmək üçün ödənilən məbləğin geri qaytarılmasını tələb edib. Yüksək mədəniyyət daşıyıcı olan bu qadına ödənilən məbləği qaytarmaq əvəzinə, qapını göstəriblər və deyiblər ki, kimə istəyirsən şikayət edə bilərsən.
Aidiyyatı qurumlar görəsən adını çəkdiyim “İstirahət mərkəzi”ndə bu cür xoşagəlməz halı araşdıracaqlarmı? Hər halda mən ümidimi itirmirəm”.
Nazim Hacıyev
Telegram kanalımız