Sabiq icra başçısı həbs təhlükəsiylə üzləşib

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısı həbs təhlükəsiylə üzləşib

Maraqlı

07 İyul 2022 13:12 20900


Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.

Yenisabah.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar. 

Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır. pizza hut

Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məmmədov Mshmud
    Bu qadını güllələmək də azdır. Onun oyunları bütün Xırdalanlı boğaza yığışdır. Elə bir ifritəfirnki, adi kanalizasiya lyukuna rüşvət istəyirdi. Rayonu nəsli idarə edirdi. İmarət və qızılların, obyekt və pulların xarici hesablardanmjeçirin Qarabsğın inkişafına, yoxsa pazı dövlətə işləyən müəllimə, həkimə çslırsınız
    4 years ago