Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından danışdı

Şou

30 Oktyabr 2025 08:07 2044


Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb.

Milli.Az xəbər verir ki, bu barədə S. Rüstəmxanlı "Həftənin qonağı" verilişində açıqlama verib. O, Elçinlə bağlı bunları söyləyib:

"Yaradıcı insan kimi ona hörmətim var. Amma yaradıcı insanların yaxşı ailə başçısı olması çətindir. Gərək bunu düşünsünlər. Ümumiyyətlə uşaqlarım seçimlərini özləri edib". pizza sifarişi

Xalq şairi qızı Elçinin boşanması haqda sualı belə cavablandırıb:

"Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var. Rəsmiyyət hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı bilinir, nə də bir yerdə olmağı. O şeylərə qarışmıram, bu barədə danışmaq da istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!