Sabirabadda iki minik avtomobili toqquşdu: Ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda iki minik avtomobili toqquşdu: Ölən və xəsarət alanlar var

Hadisə

25 İyun 2026 18:36 93


Sabirabadda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Qarağac kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad sakini, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi VAZ-2107 markalı, 77-TB-187 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1998-ci il təvəllüdlü Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı, 77-CB-690 dövlət nömrə nişanlı avtomobil toqquşub. Toyuqlu pizza

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Sabirabad sakini Arif Paşayev, həmçinin "Nissan"ın sürücüsü Rəvanə Nəsirli, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!