Sabirabadın icra başçısı oliqarx imiş... - Obyektlərinin siyahısı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadın icra başçısı oliqarx imiş... - Obyektlərinin siyahısı

Sosial

15 İyul 2022 11:33 14069


Sabirabadlı qazi Elvin Cəfərovun intiharı son günlər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, Elvin Cəfərov intihar hadisəsindən bir gün əvvəl çəkdiyi videoda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ona diqqət göstərmədiyini, qəbuluna düşə bilmədiyini qeyd etmişdi.

Xatırladaq ki, Elvin Cəfərovun intiharı Sabirabadda baş verən ilk analoji hadisə deyil. Belə ki, bundan bir ay öncə Sabirabad rayonunun Cavad kəndindən olan Vətən müharibəsi iştirakçısı Manafov Maşalla 16 iyun 2022-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti binasından çıxdıqdan sonra kəndin ərazisində yerləşən çöl-pay torpağında özünü asaraq intihar etmişdi.

Qeyd edək ki, Qarabağ qazilərinə qarşı laqeyd münasibət göstərən Siraqəddin Cabbarov 1959-cu ildə İmişlidə anadan olub, 1981-ci ildə Politexnik İnstutunun mexanik ixtisasını bitirib. Bir müddət Bakı Metaləritmə zavodunda komsomol katibi olub. Dördpendirli pizza

1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətində Təsərrüfat şöbəsinin müdiri və başçının müavini vəzifələrində çalışıb. 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarovun Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığı bildirilir.

Mətbuatda yayılan məlumatlara görə, S.Cabbarov Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşurutlarını ələ keçirib, rayon ərazisində xeyli ticarət obyektlərinə, mülklərə sahib olub. Hətta bəzi iddialara görə, icra başçısı Binəqədi rayonunda dəyəri 100 minlərlə ölçülən villa tikdirərək, bir xanıma hədiyyə edib.

"AzPolitika.info"-ya verilən məlumatarda isə Siraqəddin Cabbarovun paytaxtın 7-ci mikrorayon adlanan ərazisində çoxsaylı obyektlərə sahib olduğu iddia edilir.

Həmin obyektlərin bir qisminin adını oxucalara təqdim edirik:

- "Aran Ticarət Mərkəzi";

- "Aran" restoranı;

- Binəqədi rayonu ərazindəki "Qədim Qəbələ" restoranı;

- "100 cars" avtomobil salonu;

- 7-ci mikrorayon ərazisində yerləşən xeyli sayda mağaza və obyekt.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!