Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - Fotolar
10 Avq 2020 18:38
332

Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - Fotolar

Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - Fotolar
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər