Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı

saytların hazırlanması

Evə çatdırılma

Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı

Sosial

17 Avqust 2022 15:42 921


Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın "Qalaaltı" hotelin yaxınlığına çatıb.

Yenisabah.az AzTV-yə istinadla xəbər verir ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

"Qalaaltı" İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!