ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər   ARTIRILACAQ

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

Sosial

18 Dekabr 2025 23:21 17988


2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əməkhaqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əməkhaqqının artımına uyğun olaraq təxminən 9.2 % indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq.

Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əməkhaqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9.1 % artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir. pizza

Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zemine
    Pensiyalar artır bu Sad xəbər bəli təssüflər olsunki Günü - gündən marketlərdə qalxan qiymətlərə heckim baxmır qarwisi alınmır. Əhalinin 30% pensiya alırsa Qalanı almır tebiki BUNLARI nəzərə almaq lazımdır ki qiymətlər süni artır Ətin qiyməti 20 azn çatıb buda kasıblar üçün çox çətindir.
    5 months ago