Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir   - Toylar başlayır?

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?

Sosial

15 Yanvar 2021 00:58 1070


Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub.

Yenisabah.az xəbər verir ki, toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək arzusunda olanlar indidən növbəyə yazılırlar.

Toyun qiymətlərinə gəldikdə isə, şadlıq evinin sahibi bildirib ki, bu, Operativ Qərargahın qərarından asılı olacaq. Əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır. pizza hut

Şadlıq evi işlədən şəxslər onu da bildiriblər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayəndələri obyektin insan tutumu il bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.

/Xəzərxəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!