“Şadlıq saraylarına alınma adlar verilməməlidir“ - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Şadlıq saraylarına alınma adlar verilməməlidir“ - Professor

Sosial

02 Avqust 2022 11:10 1193


“Dil hər bir xalqın milli mənəvi varlığıdır. Dili yaşadan əsas amil xalqdır. Ona  görə də ilk növbədə, onun dilini qorumaq lazımdır”.

Bu sözləri Yenisabah.az-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Dilçi-alimin sözlərinə görə, Prezidentin fərmanından irəli gələn proqram praktik cəhətdən həyata keçirilmir: Sezar pizza

“Azərbaycan dili ən qədim və zəngin dillərdən biridir. Dilin inkişaf etdirilməsi üçün müxtəlif istiqamətlərdə işlər aparılır. Xüsusilə, “Qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq, Azərbaycan dilinin və dilçiliyin inkişafı haqqında” fərmanı zəruri addımdır. Bu fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün proqram hazırlanıb. Bizi maraqlandıran bu proqramın praktik cəhətdən həyata keçirilib-keçirilməməsidir. 

Azərbaycan dilinin hazırda yazılı ədəbi dili onun qrammatikası çox yüksək şəkildə qorunur. Amma ədəbi dildə bu məsələlər istər intonasiya, istər cümlə quruluşu baxımından müxtəlif istiqamətlərdən pozulur. Bu məsələlər xüsusi nəzarət altında olmalıdır. Bəzən yazılı dildə də bu çatışmazlıqlara rast gəlirik. Əgər bu gün bilbordlarda reklam mətnləri, eləcə də ayrı-ayrı şadlıq evlərinin adları alınmalara daha çox üstünlük verildiyini görərik. Məsələn, şadlıq evlərinə “palace” (palas) adı altında müxtəlif alınma adlar verilməməlidir. Eləcə də reklam lövhələrində cümlə quruluşlarının leksik, qrammatik, səviyyələrin pozulması monitorinq şöbəsi tərəfindən nəzarət altına alınmalıdır”.

Sayalı Sadıqova əlavə edib: “Magistratura, doktoranturaya qəbul zamanı niyə Azərbaycan dilindən yox, ingilis dilindən imtahan verilir?! Halbuki Azərbaycan dilinə də üstünlük verilməlidir. 

2021-2022-ci ildə qeyri-humanitar təhsil müəssisələrində Azərbaycan dili kafedraları bağlanılıb. Azərbaycan dili yalnız humanitar fənlər daxilində tədris olunur. Qeyri-humanitar yönümlü fakültələrdə ana dilinin tədrisinə verilən saatların miqdarı çox azdır”.

 İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!