“Saf olduğum üçün onlara inanırdım” – “Maşın”ı tərk edən Aysunu kimlər aldadıb?

saytların hazırlanması

Evə çatdırılma

“Saf olduğum üçün onlara inanırdım” – “Maşın”ı tərk edən Aysunu kimlər aldadıb?

Şou

09 Oktyabr 2019 08:10 1589


 Xəbər verdiyimiz, kimi xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın” şounun 18-ci sürətini müğənni Aysun İsmayılova da tərk edib. 

“Yeni Sabah” xəbər verir ki, şoudan sonra açıqlama verən ifaçı qalib olacağı təqdirdə Kəmalə Piriyevanı uzaqlaşdıracağını deyib:

“Yenə də oyunçu aparsın. Kim layiqdirsə, ona qismət olsun. Allah nəyi xeyirli bilirsə, o olsun.  Mənim üçün xeyirlisi bu imiş, deməli. Qalib olsaydım, Kəmalə Piriyevanı uzaqlaşdıracaqdım” pizza

Aysun şouda yalançı, satqın insanların olduğunu bildirib:

“Əsas odur ki, biz oyunda uduzduq, həyatda uduzmadıq. Bu oyunda yalançılar var, satqınlar var, maskası çox olanlar var. Mən saf insan olduğum üçün hər dəfə onlara inanırdım. Burada olan iştirakçılar hamısı niyə belə olduğunun səbəbini bilir”. 

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!