Müğənni Safurə Əliyevin son paylaşımı sosial şəbəkələrdə geniş müzakirə olunub.
"Yeni Sabah" xəbər verir ki, sənətçi dünya şöhrətli müğənni Riki Martinin konsertində iştirak edib. O, tədbirdən çəkilmiş foto və videolarını sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşımdan sonra bəzi sosial şəbəkə istifadəçiləri Safurənin hamilə ola biləcəyi ilə bağlı ehtimallar irəli sürüblər. Lakin müğənni bu barədə ünvanlanan suallara münasibət bildirməyib. Pepperoni pizza
Xatırladaq ki, Safurə Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün üç övladı var.
Telegram kanalımız